Güney Azərbaycanda həbs olunan Milli və siyasi fəallarla bağlı işgəncələrə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan davranış və cəza növlərinə son verilməsi üçün , BMT və digər beynəlxalq təşkilatlar Xüsusi Məruzəçisi olan ekspert qrupu formalaşdırımalıdır.
BMT-nin statistikasına görə İranda əhalinin ümumi sayının 40%-nı təşkil edən 30 milyon azərbaycan türkü yaşayır. Lakin, 80 ildir ki, onlar fars dilinin təsiri altında assimilyasiya siyasətinə məruz qalmaqdadırlar.Bölgədə və dünyada beynəlxalq terror şəbəkəsinin koordinasiya mərkəzi rolunu oynayan, “Şər üçbucağı”nın tərkib hissəsi olan, nüvə silahlarına malik olmaq istəyən molla rejiminin ölkə daxilində qeyri – fars millətlərin milli – mənəvi varlığının məhv edilməsi istiqamətində apardığı şovinist siyasət bu hadisələr zamanı Güney Azərbaycan milli fəallarına qarşı tətbiq erdiyi qeyri-insani davranışlarında bir daha üzə çıxdı. May – iyun hadisələrində öldürülən insanların bir çoxlarının cəsədi indiyədək ailələrinə qaytarılmayıb. Qaytarılan hər bir cəsəd üçün isə ailələrindən onların öz əcəli ilə ölmələri barədə yazılı iltizam və 2500 ABŞ dolları məbləğində güllə pulu alınıb.