Hizbullah terror şəbəkəsinin Sepahe – pasdaran tərəfindən hazırlanmış terror planlarının həyata keçirilməsində də rolu danılmazdır. Hələ 1983 – cü ilin oktyabrında Betrutda Amerika hərbi dəniz qüvvələrinin qərargahında kamikadzenin partlayıcı maddə ilə doldurulmuş yük maşınını partlatması nəticəsində 241 Amerika hərbiçisi həlak olmuş, 40 nəfər yaralanmışdır. Aparılan 3 illik apaşdırmalar nəticəsində 1986 –cı ilin sentyabrında Amerika Federal Məhkəməsi belə bir qərar çıxarmışdı ki, partlayışda həlak olmuş 241 ailəyə İran tərəfi 2 milyard 65 milyon ABŞ dollar məbləğində təzminat ödəməlidir. Sepahın keçmiş başçısı Möhsün Rəfiqdust 1986 – cı ildə çıxışlarının birində deyib ki, Amerikanın Hərbi Dəniz Donanmasının qərargahında xomeyni ideologiyası ilə yüklənmiş bombanın partladılması yüzlərlə hərbiçini – zabiti, əsgəri bir anda cəhənnəmə vasil etmişdir. 1989 - cu ildə isə H. Rəfsəncani Cümə namazındakı çıxışında bu hadisə ilə bağlı belə bir ifadə işlədib ki, Amerika Hərbi Dəniz Donanması Livan torpağına ayaq basdığı anda livanlı gənclər (hizbullahçılar) onların binalarını başlarına uçurdular. Livanda Amerikaya dəymiş bu zərbə sözsüz ki, bizim hesabımıza yazılacaq və həqiqətən də bu bizim hesabımızdadır.
1999 – cu il Amerikanın Milli Təhlükəsizlik Agentliyi 1983 – cü ildə İranın Suriyadakı səfiri olmüş Əliəkbər Möhtəşəmipurun telefon danışıqlarını ifşa etmişdir. Ə. Möhtəşəmipur İran Xarici İşlər nazirliyinə zəng edərək bildirmişdir ki, bomba ilə yüklənmiş yük maşını Beyrutda əmri yerinə yetirdi və nəticədə 241 nəfər həlak oldu.
Fars – molla şovinist terrorçu rejim 1993 – cü ildən müxtəlif ölkələrdə terror əməliyyatlarını daha sistemli formada həyata keçirmək məqsədilə Rəhbərlik səviyyəsində məxfi müzakirələr aparmış və bunun üçün Ali Milli Təhlükəsizlik Şurasında, həmçinin Sepahe –pasdaranın Qüds qoşunu bu kimi əməliyyatların planlaşdırılması üçün xüsusi şöbələrində daha məkirli planların hazırlanması istənilmişdir əsas planlarından biri də xarici ölkələrdə İsrayılın diplomatik korpuslarının, yəhudilərə məxsus obyektlərin partladılması olub. 1994 - ildə Argentinanın Boynes – Ayres şəhərində yerləşən İsrayıl səfirliyinin partladılması və bu partlayışın onlarla insanın ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnməsi şübhəsiz ki, rejimin apardığı terror siyasətinin tərkib hissəsində yer alır.
18 iyul 1996 – cı il tarixdə Argentinanın Boynes-Ayres şəhərində yəhudilərin 7 mərtəbəli Mədəniyyət mərkəzinə kamikadze saldırısı nəticəsində 85 nəfərin ölümü və 151 nəfərin yaralanması ilə nəticələnən növbəti terror əməliyyatında da Qüds qoşununun rolu olmuş və Argentina məhkəməsinin hakimi Rodolfo Konikoba Korral bu terror əməliyyatında birbaşa əli olmuş keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani, İranın keçmiş Xarici İşlər naziri Əli Əkbər Vilayəti, keçmiş İran Ettelaatının naziri Əli Fəllahiyan, Sepahe – pardaranın komandanı olmuş Möhsün Rzayi, Qüds qoçununun keçmiş komandanı Əhməd Vəhidi, diplomat adı altında İranın Argentinadakı səfirliyində çalışan , əslində Qüds qoşununun zabitləri olan Möhsün Rəbbani və Əhmədrza Əsğəri, Livan hizbullahının Təhlükəsizlik orqanının sabiq başçısı İmad Moğniyenin məsuliyyətə cəlb olunmaları haqda hökm çıxarıb. Argentinanın baş prokuroru Alberto Nisman bu hadisə ilə bağlı belə bir demişdir ki, bu bombalı saldırıya İran əmr verib. Çünki, Argentina höküməti İrana nüvə texnologiyası satmaqdan imtina etmişdi. O, həmçinin qeyd edib ki, bu terrorun həyata keçirilməsinin İranın rəhbər şəxsləri tərəfindən qərar çıxarılması barədə əlimizdə kifayət qədər fakt var.
1996 – cı il Ərəbistanın Əl-xəbr binalarında həyata keçirilən və 19 amerikalı hərbiçinin ölümü ilə nəticələnən terror aksiyasının arxasında İranın Qüds qoşununun olması da şübhə doğurmamalıdır. Elə bu səbəbdən də Amerikanın federal məhkəməsi 19 dekabrdakı bombalı saldırıda İranın əli olduğunu bəyan edərək, bu hadisədə zərər çəkənlərin ailələrinə 253 milyon ABŞ dollarının İran dövləti tərəfindən ödənilməsi hökmünü çıxarmışdır.
Livan , İraq, Suriya, Fələstin, Əfqanistan və digər ölkələrdə Sepahe-pasdaranın xarici qolu olan Qüds qoşununun fəaliyyətini araşdırdıqda bu qoşunun beynəlxalq terror şəbəkəsində aparıcı rolunu görmüş oluruq. Rejimin Xarici İşlər nazirliyinin məxfi raportlarının birində Qüds qoşunu haqda aşağıdakılar qeyd olunub:
- Ali Milli Təhlükəsizlik Şurasının İraqla bağlı çıxardığı qərara görə, Qüds qoşunu İran İslam respublikasının strateji konturlarının icraçısıdır və onun İraqdakı fəaliyyəti hakimiyyətin böyük siyasətinin bir hissəsi hesab edilir.
- İraqda Qüds qoşununun fəaliyyəti hazırda müxtəlif ad altında , o cümlədən ictimai fəaliyyət, iqtisadi şirkətlərin qurulması, dini, mədəni, tibbi fəaliyyət adı altında həyata keçirilir.
Göründüyü kimi, müxtəlif adlar altında fəaliyyət göstərmək imkan yaradır ki, Qüds qoşunu öz terrorçu fəaliyyətini elə bir formada qursun ki, bunu aşkarlamaq və qarşısını almaq mümkün olmasın. Casusluq şəbəkəsini genişləndirmək üçün İraqın bütün ərazisində müxtəlif turist agentlikləri açaraq öz fəaliyyətini genişləndirən Qüds qoşunu, bu yolla istədikləri bölgələrə səfər edə, himayələrində olan terrorçu qrupların fəaliyyətinə nəzarət edə və onların gələcək fəaliyyət proqramının hazırlanması və onları bunun üçün lazım olan hərbi sursatla təmin edə bilir. Qüds qoşunu bu kimi fəaliyyətlər üçün ayda milyonlarla dollar vəsait xərcləyir. Qüds qoşununa aid şəxslər müxtəlif rəsmi və qeyri rəsmi ad altında çalışırlar .İranın xarıcdəki diplomatik korpuslarında çalışan diplomatlar, mədəniyyət mərkəzlərinin işçiləri, iran məktəblərində çalışan müəllimlər, İrana məxsus xəstəxanalarda fəaliyyət göstərən həkim və tibb işçiləri, həmçinin jurnalist, tacir, iş adamı, sürücü adı altında fəaliyyət göstərən şəxslər də bu qoşunun üzvləri ola bilərlər.
Qüds qoşununun yüksək rütbəli rəsmilərinin İraqda diplomat adı altında sərbəst fəaliyyəti İraqın sabitliyinin pozulmasında əsas məqam olduğundan, Amerikanın hərbi-kəşfiyyatı bu kimi şəxslərin həbs edilməsinə qərar verdi. Həqiqətən də, Qüds qoşununda xidmət edən hər bir şəxs molla rejiminin ideoloji – hərbi güc srtukturunun (Sepahın) kadrlarından seçilir . Məsələn, İranın İraqdakı səfiri Həsən Kazimi Qomi də Quds Qoşununun yüksək rütbəli zabitlərindəndir. O, Livan, Suriya , Əfqanistan, 2003-ci ilin 23 sentyabrından isə səfir adı ilə İraqda koalisiya qüvvələrinə qarşı terror əməliyyatların həyata keçirilməsi planlarının hazırlanmasında iştirak edib. Onun İraqda terror fəaliyyəti ilə məşğul olan Mehdi ordusu ilə əlaqəsi aşkar edildikdən sonra 2004 –ci ilin aprelində Amerikanın İraqdakı Hərbi Komandanlığı Həsən Kazemi Qomini arzuolunmaz şəxs elan etmiş və İraq hökümətindən bu şəxsin ölkədən çıxarılmasını istənilmışdi. Ancaq , indiyədək bu məsələ öz həllini tapmasa da , bu fakt onu göstərir ki, iran adlanan ölkənin Xarici İşlər nazirliyində diplomat adı ilə fəaliyyət göstərən şəxslərin əksəriyəti Sepahe- pasdaranın Qüds qoşununun üzvləridir. Bir sözlə, rejimin xaricdə fəaliyyət göstərən diplomatik korpusları əslində Qüds qoşununun terror – təxtibat və kəşfiyyat qərargahı hesab edilməlidir .
Hazırda İranın Çin Xalq Respublikasındakı səfiri Firudin Vərdinejad vaxtilə Qüds qoşununda qərargah rəisi vəzifəsində çalışıb. O, öz vəzifəsini saxlamaqla bir müddət İranın rəsmi xəbər agentliyinin başçısı olub. Ezamiyyətinin başa çatması ilə əlaqədar raportunu Qüds qoşununun komandanlığına verdikdən dərhal sonra F.Vərdinejad Xarici İşlər nazirliyində işə cəlb edilib və Çinə səfir göndərilib. Firudin Vərdinejadın İranın Çindəki səfirliyində işə qəbul etdiyi məmurlar Qüds qoşununun vəzifəli kadrlarıdır. Bu kimi hallar İranın digər ölkələrdəki diplomatik korpuslarında da mövcuddur və bu onu göstərir ki, İran Xarici İşlər nazirliyində diplomat və digər ad altında çalışan şəxslər Qüds qoşununun rəsmilərindərdirlər. Qüds qoşununun hər bir nümayəndəsi diplomatik pasport, müxtəlif nazirliklərin vəsiqələri ilə təmin edilir. Belə olan halda Türkiyənin PKK terrorçuları ilə mübarizəsində İran rəsmilərinin güyaTürkiyənin yanında olacaqlarını bəyan etmələri cəfəngiyatdan başqa bir şey deyil. Çünki, rejim Türkiyə cumhuriyyətinin layik və demokratik inkişafının zəifləməsində maraqlı olmuş, bölgədə güc mərkəzi sayılan Türkiyə dövlətinin qlobal proseslərdə rolunun artmasından çəkinmiş və Türkiyə dövlətçiliyinin güclənməsinin əleyhinə olaraq, həmişə PKK – nı dəstəkləmişdir. PKK – çıların İran ərazisində hərbi bazalardan və Sepaha məxsus xəstəxanalardan istidafə etmələri , sığınacaqdan yararlanmaları, narkobiznes, qaçaqmalçılıq sahəsində sepah qüvvələri ilə əməkdaşlıq etmələri molla rejiminin Türkiyə dövlətinə olan gercək münasibətidir. Hələ Seyid M.Xatəminin prezident olduğu dövürdə İran- Amerika ilə iki tərəfli münasibətlərin qurulması üçün İranın Xarici İşlər Nazirliyinin Amerika dövlətinə unvanladığı gizli məktubda danışıqların başlanılması üçün irəli sürülən şərtlərdən biri də Amerika Türkiyə ordusunun İraqın şimalına girməsinə yasaq qoyulması şərti idi.ona görə də Türkiyə Xarici İşlər Naziri Əli Babacanın İrana səfəri zamanı M.Əhmədinejadın biz Türkiyənin yanındayıq mesaji yalnız acı gülüş doğurur. İran PKK – nı dəstəkləməi faktları kifayət qədərdir və sözsüz ki,Türkiyə dövləti bu faktlardan tam xəbərdardır .Bu faktalardan biri kimi PKK üzvünün etirafını qeyd edə bilərik. Hələ 1999 – cu ildən PKK – ya üzv olan və Ankara küçələrinin birində terror əməliyyatlarının həyata keçirilməsində rolu olan, sonra da özünü Türkiyə təhlükəsizlik orqanına təslim edən bu şəxs İranda Sepahe-pasdarana məxsus hərbi bazada partlayıcı maddələrdən istifadə və silahla davranmaq təlimi keçdiyini, bundan sonra İraqın şimalında yerləşən Hənifə adlı hərbi qərargaha göndərildiyini, oradan isə 75 nəfərlik terrorçu heyətlə Türkiyə ərazisində həyata keçirilən terror əməliyyatında iştirak etdiyini deməsidir.
Təsadüfi deyil ki,Qüds qoşununun strateqlərindən biri sayılan Həsən Əbbasi öz çıxışlarında iman və küfr müharibəsinin hələ də davam etdiyini deyərək, onlar tərəfindən kamikadzelərin hazırlanması və təlimatlandırılmasını söyləmiş, Hizbullah, Eslame-cehad, Mehdi ordusu, Əfqan döyüşcülərinin və s. Xomeyni ideologiyası əsasında tərbiyə olunduqlarını və Vilayəti-fəqih bulağından su içdiklərini açıq şəkildə bəyan etmişdir. Söylənilən bu kimi fikirlər, mövcud faktlar bu məsələni ortaya qoyur ki, əgər Beynəlxalq terrorizmlə mübarizədə iştirak edən dövlətlər terrorla qidalanan xomeyniçilik ideologiyası əsasında yaradılmış Sepahe-pasdaranın insanlığa, demokratik prinsiplərə zidd geniş miqyaslı fəaliyyətinin qarşısını almazlarsa, bölgənin demokratik inkişafı, regional təhlükəsizlik, həmçinin dünyada sülh və sabitlik ciddi təhlükə ilə üz-üzə qalacaq.
Politoloq Sadiq Isabeyli
Politoloq Sadiq Isabeyli
29.10.2007
Hiç yorum yok:
Yorum Gönder