1977 – 78 - ci illər Xomeyni hələ Parisdə olarkən belə bir qərar vermişdi ki, şah rejiminin devrilməsi uzunmüddətli və çətin proses olduğundan İranda partizan dəsrtələrinin yaradılması vacibdir. Bu məqsədlə müxtəlif ölkələrdəki mövcud partizan dəstələrinin təcrübəsinə əsaslanan Xomeyni tərəfdarları bu istiqamətdə kadrların təlimatlandırılması üçün proqram hazırladılar. Elə həmin ərəfədə şah rejimi əleyhinə başlanmış xalq üsyanı getdikcə güclənməkdə idi. 1978 – ci il Təbriz üsyanı şah – idarə üsulunun devrilməsi prosesinin başlangıc nöqtəsi oldu və proses 1979 – cu ildə şah rejiminin devrilməsi, xomeyniçilərin hakimmiyyəti ələ keçirməsi ilə nəticələndi. İnqilabdan yeni çıxmış bir ölkədə müxtəlif silahlı dəstələrin mövcudluğu hakimiyyətə yeni gəlmiş qüvvələri narahat etməyə bilməzdi. ancaq, inqilab rəhbərləri şah ordusuna inanmadıqları üçün silahlı dəstələrin hakimiyyətə qarşı fəaliyyltə keçə biləcəyı əndişəsi içindəidilər.
Onlar öz hakimiyyətlərini qorumaq üçün alternativ silahlı qüvvənin yaranmasını şah ordusunun ləğv edilməsini və kiçik dəstələrdə toplanmış silahlıların qarşısını almaq zəruriliyini anlamağa başladılar bunun üçün islam inqilab komitəsini yaradaraq müxtəlif silahlı dəstələri bir araya gətirməyə başladılar . Lakin, 1981 – ci ildən başlayan Iran – İraq müharibəsi hakimiyyəti keçmiş ordunu saxlamaq məcburiyyətində qoydu və eyni zamanda yeni yaradılan hərbi – ideoloji quruma yeni status verərək Sepahe – pasdaran adlı yeni quvvənin formalaşmasını sürətləndirdi. İslam İnqilabı Şurasının 1979 – cu ildə verdiyi layihəyə əsasən 1980 – ci ildə Ruhullah Xomeyninin əmri ilə İslam İnqilabının Sepahe- pasdaran komandanlıq Şurası təsis edildi. 1985 – ci ildə isə R. Xomeyni Sepahın quru, hava və su qoşunlarının yaradılması barədə fərman imzaladı. Ölkənin Əsas qanununda (Konstitusiya) islam inqilabını qoruyan hərbi-ideoloji qurum kimi xarakterizə olunan Sepahe-pasdaran həm də xomeyniçilik ideologiyasının dünyaya ixrac edilməsi funksiyasını həyata keçirir. Bir müddət Sepahe - pasdaran nazirliyi (nazir Möhsün Rəfiqdust) kimi fəaliyyət göstərən bu qurum 1991 – ci ildən etibarən Sepahe – pasdaran komandanlığı ( komandan Möhsün Rzayi ) adı altında müstəqil hərbi- ideoloji qurum kimi öz fəaliyətini genişləndirməyə başladı. Sepah müxtəlif təyinatlı 5 hərbi qurumu özündə birləşdirir : quru qoşunları, hava qoşunları, dəniz qoşunları, bəsic müqavimət qüvvələr, Qüds qoşunu. Məlumatlara görə, Sepahe – pasdaranın zabit heyəti 125 min , əsgərlərin sayı isə 275 min nəfərə yaxındır. 2005 – ci ildən 2007-ci il avqustun 1 - dək Sepahe – pasdarana admiral Seyid Rəhim Yəhya Səfəvi başçılıq edib.
Onlar öz hakimiyyətlərini qorumaq üçün alternativ silahlı qüvvənin yaranmasını şah ordusunun ləğv edilməsini və kiçik dəstələrdə toplanmış silahlıların qarşısını almaq zəruriliyini anlamağa başladılar bunun üçün islam inqilab komitəsini yaradaraq müxtəlif silahlı dəstələri bir araya gətirməyə başladılar . Lakin, 1981 – ci ildən başlayan Iran – İraq müharibəsi hakimiyyəti keçmiş ordunu saxlamaq məcburiyyətində qoydu və eyni zamanda yeni yaradılan hərbi – ideoloji quruma yeni status verərək Sepahe – pasdaran adlı yeni quvvənin formalaşmasını sürətləndirdi. İslam İnqilabı Şurasının 1979 – cu ildə verdiyi layihəyə əsasən 1980 – ci ildə Ruhullah Xomeyninin əmri ilə İslam İnqilabının Sepahe- pasdaran komandanlıq Şurası təsis edildi. 1985 – ci ildə isə R. Xomeyni Sepahın quru, hava və su qoşunlarının yaradılması barədə fərman imzaladı. Ölkənin Əsas qanununda (Konstitusiya) islam inqilabını qoruyan hərbi-ideoloji qurum kimi xarakterizə olunan Sepahe-pasdaran həm də xomeyniçilik ideologiyasının dünyaya ixrac edilməsi funksiyasını həyata keçirir. Bir müddət Sepahe - pasdaran nazirliyi (nazir Möhsün Rəfiqdust) kimi fəaliyyət göstərən bu qurum 1991 – ci ildən etibarən Sepahe – pasdaran komandanlığı ( komandan Möhsün Rzayi ) adı altında müstəqil hərbi- ideoloji qurum kimi öz fəaliyətini genişləndirməyə başladı. Sepah müxtəlif təyinatlı 5 hərbi qurumu özündə birləşdirir : quru qoşunları, hava qoşunları, dəniz qoşunları, bəsic müqavimət qüvvələr, Qüds qoşunu. Məlumatlara görə, Sepahe – pasdaranın zabit heyəti 125 min , əsgərlərin sayı isə 275 min nəfərə yaxındır. 2005 – ci ildən 2007-ci il avqustun 1 - dək Sepahe – pasdarana admiral Seyid Rəhim Yəhya Səfəvi başçılıq edib.
Mahmud Əhmədinejadın Nyu-York səfəri ərəfəsində, yəni sentyabrın 25 -də ABŞ Konqresi Nümayəndələr Palatasının 397 deputatı İran İnqilab Keşikçiləri Korpusu - «Sepah»ın adının terrorçu təşkilatlar siyahısına salınmasına səs verdilər. Bu qərardan bir gün sonra isə ABŞ senatının 76 senatoru bu layihənin lehinə səs verdi. İranın müxtəlif rəsmi orqanları, o cümlədən İran Xarici İşlər Nazirliyi öz açıqlamasında ABŞ Konqresi Nümayəndələr Palatasının İran İnqilab Keşikçilər Korpusunu («Sepah») terrorçu təşkilatlar siyahısına daxil etməsini düşünülməmiş və qanunsuz addım hesab etdiyini bildirdi. Əslində, iran-fars terrorçu rejimi üçün bu qərar gözlənilən idi və özünü ölkənin dini rəhbəri təqdim edən terror baçısı Seyid Əli Xaməneyi artıq 2007-ci ilin 1 avqustunda Sepah rəhbərliyində kadr dəyişikliyi ilə bağlı bir sıra sərəncamlar imzalamışdı. Sərəncama əsasən Sepahın komandanı vəzifəsinə admiral Seyid Rəhim Yəhya Səfəvinin yerinə Əziz adı ilə tanınan Məhəmmədəli Cəfəri təyin edildi. M.Cəfəri 1957 –ci ildə Yəz şəhərində anadan olub .O,1977 ci ildə memarlıq ixtisası üzrə Tehran universitetinə daxil olub. 1979 – cu il inqilabı zamanı M.Cəfəri Amerikanın Tehrandakı səfirliyinə hücüm edən şəxslərdən biri olmuş və Amerika diplomatlarının girov götürülməsi planında yaxından iştirak etmişdir. 1981-ci ildən Sepah –Pasdaranın üzvü olmuş M.Cəfəri İran - İraq müharibəsi dövründə bir sıra vəzifələrə, o cümlədən Sepahın xarici qolu olan Quds Qoşununun Qərb bölgəsi üzrə qərargah rəisi vəzifəsinə təyin edilmişdir.1992-ci ildən 2005 - ci ilədək Sepah-Pasdaranın Quru Qoşunlarının komandıri vəzifəsini icra edən bu şəxs təyinatının son 5 ilini həm də Tehran şəhərinin təhlükəziliyinin qorunması adı altında Tehran Şəhər Sarullah Qərargına da başçılıq edib. 1999 – 2003 – cü illərdə tələbə hərəkatının amansızlıqla yatırılmasında xüsusi rol oynadığına görə bu şəxs dini rəhbərlik yanında nüfuz qazandı. 2005 - ci ildə Seyid Əli Xameneyi M.Cəfəriyə Sepahe-Pasdaranın Strateji Tədqiqat Mərkəzinin təsis edilməsini tapşırır və o, 2007 – ci il avqustun 1 –dək bu mərkəzə başçılıq edib. Sepah rəhbərliyində kadr dəyişikliyi ilə bağlı başqa bir sərəncama əsasən Əli Əkbər Əhmədiyan Sepahın Strateji Tədqiqat mərkəzinə, Seyid Məhəmməd Hüseynzadə Hicazi isə Sepahe-pasadranın Müştərək Qərərgah rəisi vəzifəsinə təyin olundular. Kadr dəyişikliyi Sepahın digər qollarında da gözlənilir. Sipahe-pastaranın beynəlxalq terror təşkilatları siyahısına salınmasını rəsmiləşdirməklə Amerika molla hakimiyyətinin əsas dayağı olan İran İnqilab Keşikçilər Korpusunun (Sepah) fəaliyyəytini məhdudlaşdırmaq istiqamətində ilk və önəmli addımı atmış oldu. Ölkənin hərbi, iqtisadi, siyasi sahələrində hökmranlığını artıran, hərbi məqsədli nüvə fəaliyyətinə tam nəzarət edən Sepahe-pasdaranın terrorçu təşkilatlar siyahısına salınması eyni zamanda ABŞ hökumətinin bu qurum və ya ona bağlı təşkilatlarla hərbi, iqtisadi və ticari münasibətlər quran hər hansı xarici müəssisə və ya təşkilata qarşı sanksiyalar tətbiq etməsi anlamına da gəlir. Artıq, Sepaha məxsus maliyyə qaynaqları, bank hesabları və digər hərbi, iqtisadi münasibətlər məhdudlaşdırılmaqdadır. Oktyabrın 25-də ABŞ hökuməti İran Müdafiə Nazirliyinə, İnqilab Keşikçiləri Korpusuna («Sepah»), bu ölkənin üç dövlət bankına (Milli Bank, «Saderat» və «Millət» bankları), eyni zamanda Yaxın Şərqdə terrorçuluğu dəstəkləməkdə günahlandırılan 20 şəxsə qarşı iqtisadi sanksiyalar tətbiq edib. İranın maliyyə təsisatlarının , ayrı-ayrı nüfuzlu iş adamlarının Sepahla bağlılığı faktı bir çox ölkələrin də bu sanksiyaya qoşulacaqlarını qaçılmaz edir. Həmçinin, 1991 – ci ildən nüvə fəaliyyətinin birbaşa Sepahın nəzarəti altında aparılması faktı bu fəaliyyətin hərbi məqsəd daşıdığını sübut edir. Belə olan halda İranın nüvə fəaliyyətinin sülhməramlı olması iddiasına aydınlıq gətirilməsi Sepahın fəaliyyətinə məhdudiyyət qoyulmasından və nüvə fəaliyyətinin Sepahın nəzarətindən çıxarılması məntiqindən keçir. Xomeyniçilik ideologiyasını dünyada yaymağı, İsrail dövlətini yer üzündən silməyi və bölgənin enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirməyi özünə hədəf seçən Sepahe –pasdaran əldə etdiyi hərbi, siyasi və iqtisadi gücunu bu istiqamətdə səfərbər etməsi şübhəsizdir. 2004 – cü ildən başlayaraq bu qurum real surətdə ölkənin siyasi mərkəzlərini, qanunverici və icraedici orqanlarını nəzarətə götürməkdə davam edir. Hazırda ölkə parlamentində Sepahe-pasdaranda vəzifə tutmuş 80 – dən çox şəxs təmsil olunur. Vaxtilə Qüds qoşununun komandirlərindən biri olmuş M.Əhmədinejadın 24 iyun 2005 – ci ildə prezident kürsüsünə təyin olunması heç də təsadüfi deyildir. Elə onun hakimiyyətə gəldiyi ilk aylarda Sepahın xüsusi mərkəzində böyük Orta Doğu üçün hazırlanmış “Xəndək planı” gizli müzakirəyə çıxarıldı. Bu planda Amerikanın nüfuz dairəsi hesab olunan ölkələrdə və münaqişə zonası sayılan bölgələrdə terror əməliyyatlarının genişləndirilməsi və intensiv surətdə həyata keşirilməsi nəzərdə tutulub. Bu strategiyanın həyata keçirilməsi üçün Sepahın xarici hərbi terrorçu qolu olan Qüds qoşunu fəaliyyəti daha da aktivləşdirildi.
İlk illərdə “Livan ordusu” adı ilə tanınan Quds qoşununun 1982 – ci ildə Livanda öz mövcudluğunu elan etmiş Hizbullah terror təşkilatının yaradılmasında müstəsna rolu olub . Qüds qoşunu İran-İraq müharibəsi zamanı təsis edilib və hazırda bu quruma Qasim Süleymani başçılıq edir. Bu hərbi-ideoloji qurum fars - molla rejiminin xaricdəki terror şəbəkəsi kimi gücləndirilib və böyük maddi-texniki imkanlara malikdir ki, bunun hesabına bölgədə sülh və sabitliyə, demokratik təfəkkürün məhvinə qarşı yönəlmiş fəaliyyətlə məşğul olur. Qüds qoşunu fars- molla şovinist və terrorçu rejimin beynəlxalq terror əməliyyatlarında istifadə etdiyi hərbi terror şəbəkəsi olaraq, müxtəlif ölkələrdə təlimatlandırdığı terrorçular vasitəsilə İraqda və digər ölkələrdə terror – təxribat planlarını həyata keçirməklə məşğuldur. Bu məqsədlə 2004 – cü ildən İraqda müxtəlif terror əməliyyatları həyata keçirmək üçün Livan Hizbullahının gənc kadrları hazırlanıb. 20 – 60 nəfərlik qrup şəklində İraq daxilində yerləşdirilən bu gənclər müxtəlif ad altında Qüds qoşununun terror əmrlərini yerinə yetirirlər. Bütün bunların arxasında terrorçu şovinist hakimiyyət durur və əgər kimsə düşünür ki, bu iri miqyaslı terror fəaliyyəti yüksək rütbəli rəsmi dairələrdən xəbərsiz edilir, çox böyük yalnışlığa yol verir. Çünki, iran adlanan ölkənin Əsas qanununda rejimin terror fəaliyyəti qanuniləşdirilib və ən böyük terror təşkilatı hesab olunan Sepahe pasdaran və onun nəzarəti altında olan Qüds qoşunu bu fəaliyyətin icraçısıdır. Qüds qoşunun həqiqi sayı bilinməsə də, onun sayının 3000 – 50 000 arası olduğu güman edilir. Bu qüvvələr üçün xərclənən maddi vəsaitin miqdarı da sirr olaraq qalmaqdadır. Sistemin idarə olunması bir başa dini rəhbər və onun təyin etdiyi şəxslərin nəzarətində olduğu üçün ölkənin Ettelaat orqanı belə onların fəaliyyəti ilə bağlı tam məlumata malik deyil.
Sepahe-pasdaranın hərbi strateji qərargahlarında hazırlanan terror əməliyyatları xaricdə Quds qoşununun müxtəlif qolları - Əfqanistanda Sepahe- Mohəmməd, İraqda Sepahe - Bədr və “Mehdi” ordusu , Fələstində Həmas və İslame-cehad, və s. vasitəsilə davam etdirilir .Son 4 ildə Qüds qoşununun İraqda koalisiya qüvvələri əleyhinə apardığı terror əməliyyatları Amerika ordusunun yüzlərlə əsgərinin ölümü ilə nəticələnib. İraqda koalisiya və Amerika hərbi qüvvələrinə qarşı iran istehsalı olan mina və bombalardan istidadə olunması, iran markalı silahların tapılması faktları bir daha Qüds qoşununun İraqda terror əməliyyatları ilə məşğul olmasından xəbər verir. Hələ 1982 – ci ildə Səddam rejimindən narazı qüvvələrin İraqdan çıxarılması prosesindən yararlanan İran Səddam rejimi əleyhdarlarından ibarət hərbi qüvvənin formalaşdırılması, Sepah komandirlərindən İsmail Dəqayeqi adlı şəxs tərəfindən Bədr qoşununun yaradılması və Qüds qoşununun idarəçiliyi ilə hərbi fəaliyyət göstərməsi planını həyata keçirirdi. Elə bu qüvvələrdir ki, hazırda onların bir qismi İraq hökümətində təmsil olunurlar. Digər qisim isə İraqda şiə gəncləri ələ alaraq orada terror əməliyyatları həyata keçirirlər. Bundan başqa Müqtəda Sədrin rəhbərlik etdiyi “Ceyş əl-Məhdi“ (“Mehdi ordusu”) da əslində Qüds qoşununun İraqdakı açıq terror şəbəkəsinin tərkib hissəsidir. Heç təsadüfi deyil ki, İran - Amerika arasında səfirlər səviyyəsində İraqla bağlı ikinci danışıqlarda İranın müdaxilə faktları barədə Amerikanın açıqlamasından sonra Müqtəda Sədr 6 ay müddətinə “Mehdi ordusu”nun fəaliyyətini dayandırmaq əmri verdi. Sirr deyil ki, 60 minlik “Ceyş əl-Məhdi“ ordusunun xərcləri İran tərəfindən ödənilir. Məhz, onların vasitəsilə İran ölkənin şəilər yaşayan bölgələrinin gücləndirilməsi və İsrail sərhədinə yaxın ərazilərin alınması üçün külli miqdarda vəsait sərf edir. Qüds qoşunu Iraqda apardığı terror əməliyyatlarını həm də Livan hizbullahçıları vasitəsilə həyata keçirir. Livan hizbullahının başçısı Seyid Həsən Nəsrullahın etibarlı qoruyucularından biri , 1983 – cü ildən müxtəlif vəzifələrdə çalışan Əlimusa Dəquq hələ 2005 – ci ildə İrana səfər etmiş, Qüds qoşunu ilə birgə İraqda fəaliyyət göstərən terrorçu qrupların formalaşdırılması və koalisiya qüvvələrinə qarşı terror əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində iştirak etmişdir. 20 yanvar 2006 – cı ildə məhz Əlimusa Dəququn başçılığı ilə aparılan terror əməliyyatı nəticəsibdə Kərbəla şəhərində yerləşən koordinasiya mərkəzi partladılmış və nəticədə 5 amerikalı əsgər həlak olmuşdu. Bu əməliyyatda onunla bərabər İraqa göndərilən terrorçuların yerləşdirilməsi və onların fəaliyyətinə nəzarət etmiş Qeys Əlxəzli də iştirak etmişdir. 2007 – ci ildə koalisiya qüvvələri tərəfindən həbs olunan hər iki terrorçu İranın Qüds qoşunu ilə birgə fəaliyyət göstərdiklərini etiraf etmişlər. Livanda Hizbullah terror təşkilatının İran tərəfində hərtərəfli dəstəklənməsi danılmaz faktdır. Indiyədək İran Livan hizbullahına 20 milyard dollardan çox sərmayə sərf edib. Hizbullahçılara məxsus 5 televiziya kanalı, Livanda ən böyük tirajla buraxılan 4 qəzetdən 2 –si İran tərəfindən maliyyələşdirilir. Maddi yardım , silah təminatı ilə yanaşı 2007 – ci ildə Israillə Livan hizbullahçıları arasında gedən 33 günlük müharibə zamanı Qüds qoşunu 1400 hərbiçisini livan hizbullahçılarının sıralarına qoşmuşdu.
Politoloq Sadiq İsabəyli
Siyasi sherhci
29.10.2007
Hiç yorum yok:
Yorum Gönder